​Şəmkirdə 24 yaşlı gəncin asılmış MEYİTİ TAPILDI

Baxış sayı:
8522

Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Könüllü kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədov Tural Ələddin oğlu özünü yaşadığı evdə asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. (trend)