​SİYƏZƏNDƏ KANALDA QADIN MEYİTİ TAPILDI

Baxış sayı:
5884

Samur-Abşeron kanalında qadın batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, aprelin 26-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Onun kimliyi dəqiqləşdirilir.