​Şirvanda marketə maskalı BASQIN EDİLDİ

Baxış sayı:
925

Şirvan şəhərində marketə basqın edilib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin T.İsmayılov küçəsində yerləşən marketlərin birinə naməlum maskalı şəxs hücum edib.
O, marketin 2 işçinin baş nahiyəsinə şüşə qabla xəsarət yetirib, pul tələb edib. Lakin səs-küy yarandığından həmin şəxs istəyinə nail ola bilməyib və aradan çıxıb.
Market sahibi baş verən olayla bağlı Şirvan şəhər polis şöbəsinə müraciət edib.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və qısa müddətdə cinayətin şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Şirinov tərəfindən törədilməsi müəyyən edilib. ​
Vaqif Şirinov paytaxtın Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Şirvan şəhər polis şöbəsinə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.