​Şəhərin mərkəzində polis belə bıçaqlandı – VİDEO

Baxış sayı:
3118

Rusiyanın paytaxtı Moskvada, Slovakiya səfirliyinin qarşısında polisə hücum anı müşahidə kamerasına düşüb.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, əlində soyuq silah olan cinayətkarın bir neçə dəfə hüquq-mühafizə orqanının əməkdaşına zərbə endirdiyi görüntülərdə aydın olur.
 
Daha sonra o, hadisə yerindən qaçıb. Ağır zərbələr alan polis xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, sözügedən polis diplomatik nümayəndəliklərin və konsulluqların qorunmasına cavabdehlik daşıyan bölmənin komandiridir.
 
Faktla bağlı cinayət işi açılıb.