Sarkisyanın daha bir adamı ABŞ-a qaçdı

Baxış sayı:
12286

Ermənistan parlamentinin eks-deputatı “Şmays” ləqəbli Arakel Movsisyan ABŞ-a qaçıb. Erməni mediası Movsisyanın Ermənistanda 1,5 milyon dollar kredit borcu olduğunu yazıb. Borclarını ödəməsi üçün Şmays özünün şadlıq sarayı və yarmarkasını satışa çıxarsa da, heç bir uğur əldə etməyib. Bundan sonra Şmays ABŞ vizası almaq üçün Amerika səfirliyinə müraciət edib. Qeyd edək ki, Arakel Movsisyan Manvel Qriqoryanın yaxın adamlarından biri olub. Movsisyanın parlamentdə deputat seçilməsinə məhz Qriqoryan şərait yaradıb. Qriqoryanın keçmiş döyüş yoldaşı olan Movsisyan sonralar Ermənistan hökumətinin əmriylə müxtəlif cinayətlərin təşkilində də iştirak edib. Bəzi mənbələr onun Ermənistan parlamentində təşkil edilən teraktın dolayısı iştirakçısı olduğunu bildiriblər. Belə ki, Movsisyanın qardaşı Muşeq Movsisyan (sonradan Muşeq Movsisyan müəmmalı yol qəzasında ölüb – red.) o zaman parlamentdə deputat olub. İddiaya görə, məhz o, terrorçuların parlamentə girişinə şərait yaradanlardan biridir.