​Salyanda milli parkın əməkdaşı GÜLLƏLƏNDİ

Baxış sayı:
3178

Salyan rayonunda silahlı insident baş verib.
“Report”un məlumatına görə, bu gün axşam saatlarında "Şirvan" milli parkının əməkdaşı, 1961-ci il təvəllüdlü rayon sakini Xalıqov İltifat Şirəli oğlu güllə yarası alıb.
Güllələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.