Qazaxıstan hadisələrinin təşkilində ittiham olunan kiminal avtoritet yoxa çıxıb – “ARMAN DİKİY” İFADƏ VERMƏYƏ HAZIRLAŞIRDI...

Baxış sayı:
34009

Qazaxıstanda kütləvi iğtişaşların təşkilində şübhəli bilinən “Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev təcridxanadan yoxa çıxıb. Qafqaz.media “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə onun vəkilləri bildirib.

“Onlar bilmirlər ki, avtoritet hara və nəyə görə köçürülüb”.

Müdafiəçilər sonuncu dəfə Cumageldiyevlə bir gün əvvəl danışıblar. Onların sözlərinə görə, o, ifadə verməyə hazırlaşırmış.

Təqsirləndirilən şəxsin necə və hansı şəraitdə itkin düşməsindən hüquq-mühafizə orqanlarının əməkdaşlarının da xəbəri yoxdur.

Xatırladaq ki, Cumageldiyev yYanvarın 11-də iki ay müddətinə həbs edilib. O, axtarışda olmasına baxmayaraq, Qazaxıstan sərhədini keçərək Türkiyədən bu ölkəyə gəlib. Alma-Atadakı iğtişaşlarda iştirak edib. Bu hadisələrdən sonra o, vətəndaşları soyğunçuluğa və iğtişaşlara son qoymağa çağırdığı videomüraciət yayıb.

Yanvarın 7-də Cumageldiyev Alma-Atada mehmanxanada saxlanılıb. Ondan 4 ədəd müxtəlif markalı və kalibrli yarımavtomat tapança, döyüş sursatı, zirehli silahlar və 1 ədəd zirehli avtomobil götürülüb.