Qardaşının maşınını oğurlayan kameraya düşdü - Əməliyyat

Bakının Nizami rayonunda oğurluq hadisəsi törədilib.
Muxalifet.az xəbər verir ki, oktyabrın 5-də saat 14 radələrində Tərtər şəhər sakini Sərxan Əlizadə “NAZ Lifan” markalı avtomobilinin qaçırılması barədə rayon polis şöbəsinə müraciət edilib.
Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olduğu müəyyən edilib.
Dövlət Yol Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomaşın Q.Qarayev prospektində saxlanılıb və onu idarə edən şəxs polis bölməsinə gətirilib.
Avtomobili oğurlayanın Sərxan Əlizadənin qardaşı Sərvan Əlizadə olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.