​Qardaş iki uşaq anası olan bacısını bıçaqladı - QAZAXDA

Baxış sayı:
963

Qazax rayonunda bıçaqlanma olub.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, Qazax şəhər sakini, 1982-ci il təvəllüdlü Pərvanəyeva Fərqanə Vaqif qızı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, iki övlad anası olan F. Pərvanəyeva mübahisə zəminində qardaşı tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxs polisə təslim olub.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.