Paytaxtda evdən 21 min dollar oğurlandı

Baxış sayı:
4001

Bakıda evdən 21 min dollar və qızıl oğurlayan şəxs tutulub.

Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılmış, onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.