​Oğurluq edən yeniyetmə saxlanılıb

Baxış sayı:
4495

Sabirabad rayonunda oğurluq edən yeniyetmə tutulub.
Muxalifet.az DİN-in saytına istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 23-də rayon ərazisindəki evlərin birindən 1700 manat pul və 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qaralar kənd sakini olan bir yeniyetmə saxlanılıb.