MTN-in sabiq əməkdaşını qadına görə öldürdülər - ŞOK FAKTLAR

Baxış sayı:
13060

Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb. Bu haqda virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilmir. Bununla belə, virtualaz.org aydınlaşdıra bilib ki, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes-maraqlarının toqquşması yox, qısqanclıq olub. Xatırladaq ki, cinayət 20 dekabrda F.Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F.Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib. Teleqraf.com-un əldə etdiyi xəbərə görə isə, "Fariz Vahabovun seksual manyak olduğu iddia olunur. Əldə olunan məlumata görə, Fariz Vahabov Xətai rayonunda yaşadığı binanın qadınlarını onunla cinsi əlaqədə olmağa məcbur edib. Seks səhnələrini videoya çəkərək sonradan onları şantaj edib... Bununla da, Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb".