Məşhur professor ondan ayrılan sevgilisini bıçaqladı

Baxış sayı:
1936

Professor ondan ayrılan keçmiş sevgilisini bıçaqlayıb.
Teleqraf.com xəbər verir ki, tanınmış həkim, professor Fuad Duyğulu ondan ayrılan keçmiş sevgilisi Sibeli bıçaqla ağır yaralayıb.
Hadisə 2 gün öncə baş verib. Fuad Duyğulu keçmiş sevgilisiylə yenidən bir araya gəlmək üçün onu görüşə çağırıb. Təklifinə rədd cavabı alanda isə cibindəki bıçaqla qızı qarnından və biləyindən yaralayıb. Ətrafdakıların müdaxiləsindən sonra professoru sakitləşdirmək mümkün olub. Hadisə yerinə polislər və Təcili Yardım çağırılıb.
Professor həbs edilib. Sibelin vəziyyətinin ağır olduğu bildirilib.