​Moskvada naməlum şəxs ticarət mərkəzində ATƏŞ AÇIB

Baxış sayı:
7471

Rusiya paytaxtı Moskvada naməlum şəxs ticarət mərkəzində atəş açıb.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.
Qeyd olunur ki, hadisə Tişinskaya meydanında yerləşən ticarət kompleksində baş verib. Gənc adam xuliqanlıq məqsədi ilə 43 yaşlı mühafizəçiyə atəş açıb, ardından şüşə qapını qıraraq qaçmağa çalışıb. Mühafizəçi onu tutmağa çalışan zaman gənc oğlan ona iki dəfə atəş açıb.
İ.Volkun bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinə gələrək 29 yaşlı Moskva sakinini saxlayıblar.