​Kürəkən qayınatasını qətlə yetirdi – CƏLİLABADDA

Baxış sayı:
1885

Cəlilabad rayonunun Uzuntəpə kəndində qətl hadisəsi baş verib.
1956-cı il təvəllüdlü kənd sakini Rakif Hüseynovun 1999-cu il təvəllüdlü kürəkəni Əvəz Həmzəyevlə mübahisəsi olub.
Mübahisə zamanı Əvəz Həmzəyev qayınatasını bıçaqlayaraq öldürüb.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (teleqraf)