İki nəfərin mübahisəsində qan töküldü – Binəqədidə

Baxış sayı:
1024

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az  xəbər verir ki, rayonun Sulutəpə qəsəbəsi ərazisində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Gəray Azayevin boyun nahiyəsinə bıçaqla xəsarət yetirib.
Gəray Azayev xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Etibar Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.