Gürcüstan Patriarxı II İliya David-Gareji məsələsi haqda danışdı
16-11-2019 12:58
Baxış sayı:
4666
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Azərbaycanın paytaxtı Bakıda keçirilən dünyanın dini liderlərinin Zirvə toplantısının iştirakçılarına salamlarını çatdırıb.
Gürcüstan Patriarxı təbrikində David-Gareji məsələsinə toxunub.
“Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda tolerantlıq ruhu ön plandadır. Ümidvarıq ki, sizin ölkənizdə yaşayan həmvətənlərimizin həm dini, həm də etnik azlıq kimi maraqları bundan sonra da qorunacaq və gürcü mədəniyyətinin ən qədim abidəsi David Gareji ilə əlaqədar məsələ, dost bir ölkəyə yaraşan tərzdə, qardaşlıq sevgisi və ədalətlə həll ediləcəkdir”, deyə II İlya bildirib.
Muxalifet.az