​Gənc oğlan ürəyindən bıçaqlandı - BAKIDA

Baxış sayı:
2584

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, Gülçülük sovxozu küçəsində 1992-ci il təvəllüdlü Məmmədov Bəhruz İslam oğlu tanışı ilə mübahisə zəminində dava edib.
Nəticədə B.Məmmədovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.