Feysbuk Zukerberqi neçəyə qoruduğunu açıqladı
15-04-2018 20:37
Baxış sayı:
2344
2017-ci ildə Feysbuk Mark Zukerberqin təhlükəsizliyinin təminatına 9 milyon dollar ayırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiya şirkətin hesabatında yer alıb. Hesabatda bu məbləğin keçən ilkindən 3,2 milyon dollar çox olduğu bildirilib. Son üç il ərzində ümumilik Zukerberqin təhlükəsizliyi və özəl təyyarələrdə uçuşuna 20 milyon dollar ayrılıb. Şirkət təhlükəsizlik xərclərinin artmasını Zukerberqə qarşı artan təhdidlərlə əlaqələndirib.