​Feysbuk Zukerberqi neçəyə qoruduğunu açıqladı

Baxış sayı:
2332

2017-ci ildə Feysbuk Mark Zukerberqin təhlükəsizliyinin təminatına 9 milyon dollar ayırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiya şirkətin hesabatında yer alıb. Hesabatda bu məbləğin keçən ilkindən 3,2 milyon dollar çox olduğu bildirilib. Son üç il ərzində ümumilik Zukerberqin təhlükəsizliyi və özəl təyyarələrdə uçuşuna 20 milyon dollar ayrılıb. Şirkət təhlükəsizlik xərclərinin artmasını Zukerberqə qarşı artan təhdidlərlə əlaqələndirib.