“Facebook” və “Twitter” Trampı bloklayandan sonra 44 milyard dollar vəsaitdən məhrum olub

Baxış sayı:
822

“Facebook” və “Twitter” sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarının bloklanması səbəbindən 44 milyard dollar vəsait itirib. 

REN TV xəbər verir ki, bunu NASDAQ birjasının məlumatlarına əsasən demək mümkündür.

Qeyd edək ki, D.Trampın sosial şəbəkələrdəki hesablarının bloklanması, siyasətçinin minlərlə tərəfdarının Vaşinqtonda etiraz nümayişləri keçirməsindən sonra başladı.

Etirazçıların bir hissəsi Konqresin ölkədəki prezident seçkilərinin nəticələrini təsdiq etdiyi Kapitoliyə binasına daxil olub.

Etiraz aksiyaları nəticədə ölən və yaralananlar olub.