Kosmosda Yeni il - FOTO/VİDEO

Baxış sayı:
2756

Rusiya qəhrəmanı, kosmonavt Oleq Kotov və həmkarı bioloq Sergey Ryazanskiy Beynəlxalq Kosmik Stansiyada Yeni ili necə keçirdiklərindən danışıblar.

Onların sözlərinə görə, hər şey Yerdəki kimi baş verir. Ancaq Milad ağacı qeyri-adi üsulla quraşdırılır.

“Küknar vacibdir. O, stansiyada var və yaşı çoxdur. Adətən tavana bərkidilir”, - deyə Kotov bildirib.

 

Komonavtlar həmçinin bayram musiqiləri qoşur, biri-birlərinə hədiyyə verir və hətta tort hazırlayırlar.

Ancaq Yeni il olsa belə, kosmonavtlar şampan içmirlər.

Qeyd edək ki, bundan əvvəl rusiyalı kosmonavtlar  Serqey Rıjikov və Serqey Kud Sverçkov Yer sakinlərini Yeni il münasibəti ilə təbrik etmişdi. Onlar insanlara sülh, birlik və bərabərlik arzulayıblar.