"WhatsApp" yeni qaydaları qəbul etməyənlərə məhdudiyyətlər tətbiq edəcək

Baxış sayı:
316

“WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilər üçün funksiyaları məhdudlaşdıracaq.

Xarici KİV-lər xəbər verir ki, yeni xidmət qaydalarını mayın 15-dək qəbul etməmək mümkündür. Ancaq ondan sonra “WhatsApp” mesajlara baxmaq və tətbiq vasitəsilə mesaj göndərmək funksiyalarını məhdudlaşdıracaq. Bundan başqa, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin hesabını silə bilər.

Xatırladaq ki, “WhatsApp” fərdi məlumatların “Facebook”a ötürülməsinə dair bir bənd əlavə edərək istifadəçi müqaviləsini yeniləyib və bu, istifadəçilərin sərt reaksiyasına səbəb olub. Bundan sonra fevralın 8-də aktivləşdirilməsi nəzərdə tutulan müqavilə şərtləri mayın 15-dək təxirə salınıb.