​Ev sahibi və qızı döyüldü - GƏNCƏDƏ EVƏ BASQIN

Gəncədə mənzilə basqın edən şəxs ev sahibini və qızını döyüb.

Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 3-də Gəncədə yaşayan İ. İsmayılovanın evinə girmiş qonşusu İbrahim Vəliyev onu və qızı İlahəni döyərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Vəliyev tutulub.