​​ "Düz etməmişəm, amma evdən razı olmadılar" - Oğul atasının malını talan etdi - VİDEO

Avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı PB-yə müraciət edərək evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət Ələkbərov tərəfindən oğurlanması barədə məlumat verib.
 
Muxalifet.az ARB TV-yə istinadla xəbər verir ki, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov saxlanılaraq istintaqa təhvil verilib. O, dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
Səxavət Ələkbərov (saxlanılan şəxs): "Evə girib pul və qızılı götürdüm. 2300 manat pul və qızıllar idi. Qızılları lombarda qoydum 530 manat götürdüm. Evə dedim, razı olmadılar, bu yola əl atdım. Pul lazım idi. Düz hərəkət etmədim, amma söz vermişdim etməli idim".
 Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq bölməsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.