​Dənizdə kişi meyiti tapıldı - BULVARDA

Baxış sayı:
3454

Bakı bulvarında dənizdə kişi meyiti aşkarlanıb.
Teleqraf.com xəbə verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi cəsədi aşkar edilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.