​Bərdədə silahlı insident - ÖLƏN VAR

Baxış sayı:
6616

Bərdə rayonunda silahlı insident nəticəsində 1 nəfər ölüb.
Muxalifət.az xəbər verir ki, hadisə rayonun Əmirli kəndi ərazisində baş verib.
Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Asif Hümmətov qonşusu, 47 yaşlı Azər Nurəliyevə ov tüfəngindən atəş açıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb./report/