​Biləsuvarda ŞOK OLAY: keçmiş kürəkən 68 yaşlı qayınatasını...

Baxış sayı:
3111

Biləsuvarda qətl törədilib.
Muxalifət.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Əlican Qəmbər oğlu Ağayev keçmiş kürəkəni, 1983-cü il təvəllüdlü Ramil Nofəl oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.