​Biləsuvarda polis zabitinə balta ilə xəsarət yetirilib – İKİ QARDAŞ TƏRƏFİNDƏN

Baxış sayı:
3376

Ötən gün Biləsuvar rayonunda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına balta ilə silahlanmış iki qardaş tərəfindən hücum olunub.
Məlumata görə, Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə barəsində məcburi gətirilmə tədbiri seçilmiş rayonun Aşağı Cürəli kənd sakini Rauf Şahbazov və qardaşı Rəşad balta ilə silahlanaraq evlərində polisə silahlı müqavimət göstəriblər.
Rauf Şahbazov imkan taparaq onu zərəsizləşdirən Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 34 yaşlı polis kapitanı Rafael Rəfi oğlu Ağamalıyaevə balta zərbəsi endirib. Sinəsindən xəsarət almış polis zabiti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, polis zabitini balta ilə vuran şəxs zərəsizləşdirilərkən daha bir polis əməkdaşı da əlindən yüngül xəsarət alıb. Cinayəti törətməkdə şübhəli bilinən Rauf Şahbazov və qardaşı Rəşad Şahbazov barəsində həbs-qəti imkan tədbiri seçilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi qaldırılıb./virtualaz.org