​Beyləqanda qadın evində öldürüldü – TƏFƏRRÜAT

Baxış sayı:
5272

Beyləqan rayonunda qətl hadisəsi baş verib.
Muxalifət.az xəbər verir ki, Beyləqan sakini, 1979-cu il təvəllüdlü Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə tapılıb.
Bununla bağlı Beyləqan rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Birgə istintaq və əməliyyat-axtarış tədbirləri ilə Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.
Məlumata görə, Rövşən Nəsirov aprelin 3-də qadının evinə oğurluq məqsədilə girib. Bu zaman qadınla əlbəyaxa olan Rövşən Nəsirov ona bıçaqla xəsarət yetirib.
Qadını öldürəndən sonra evdən pul və qızıl götürərək, qaçıb.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Ramilə Əsədova 2010-cu ildə Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun evində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün barəsində cinayət işi başlanıb və məhkumluq həyatı yaşayıb.