​Bakıda qız anasının 12 min manatını oğurladı

Baxış sayı:
5281

Bakıda anasına məxsus külli miqdarda pulu oğurlamış qız tutulub.
DİN-dən verilən məlumata görə, mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12.000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.
İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.