​BAKIDA KÜTLƏVİ DAVA: Binəqədi sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Baxış sayı:
7702

Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.
Belə ki, 9-cu mikrorayonda 1982-ci il təvəllüdlü Rzayev İqbal İbrahim oğlu tanımadığı iki şəxslə əlbəyaxa dava edib.
Həmin şəxslər İ.Rzayevi ölümcül döyüblər. O, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.