Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutuldu

Baxış sayı:
3304

Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub. Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb. Belə ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.