Avtomobilində öldürülən avtoritetlə bağlı YENİ XƏBƏR - RUSİYADAN GƏLİBMİŞ VƏ..

Baxış sayı:
4963

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlu 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O, uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.
Bildirilir ki, qətl hadisəsi ötən gecə saat 00 radələrində baş verib.
Hələlik şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər O.Əkbərovun başına tapança ilə 2 dəfə atəş açaraq onu öldürüb.
Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
*** 10:08
​Azərbaycanda ŞOK CİNAYƏT: Kriminal avtoriteti BMW-də güllələyib öldürdülər

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.
1967-ci il təvəllüdlü kən sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.
Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.
Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(Report)