​Arvadının üstünə benzin töküb yandırdı – BAKIDA DƏHŞƏT

Baxış sayı:
6349

Bakıda arvadının üzərinə benzin törərək yandırmaqda təqsirləndirilən Mayis Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Mayis Həsənov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Mayıs Həsənov həyat yoldaşı Güldəstə Ağayeva ilə mübahisə etdikdən sonra maşından benzin götürüb evə qayıdıb. Qaz sobasında yemək bişirən arvadı Güldəstə Ağayevanın üzərinə töküb.
Mayıs Həsənov Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.