​3 min il azadlıqdan məhrum edilmiş terrorçu həbsdən çıxdı

Baxış sayı:
4948

ETA terror təşkilatının məşhur üzvlərindən olan Santi Potros 31 ildən sonra azadlığa buraxılıb. Muxalifet.az xəbər verir ki, Potros bu gün Topas həbsxanasını tərk edib. Onun həbsdən çıxması İspaniya dövlət televiziyası tərəfindən canlı yayımlanıb. Qeyd edək ki, Santi Potros 40-dan çox terror aktının törədilməsində ittiham olunurdu. 1987-ci ildə Fransada saxlanılan Potros məhkəmə tərəfindən 3 min il azadlıqdan məhrum edilmişdi.