​24 yaşlı oğlan bıçaqlandı - GÖYÇAYDA

Baxış sayı:
1359

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Belə ki, rayonun Ləkçıplaq kəndində 1994-cü il təvəllüdlü Ülvi Yusifzadə naməlum şəraitdə bıçaqlanıb.
Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi başlanıb.