Xorvatlarla heç-heçəyə görə yarım milyon ayrıldı - Millimizdə pul davası

Baxış sayı:
1540

Milli komandamızın Xorvatiya ilə heç-heçəsi AFFA tərəfindən layiqli qiymətləndiriləcək. 
Muxalifet.az xəbər verir ki, Futbolinfo.az-ın əldə etdiyi bilgiyə görə, futbol qurumu yığmaya yarım milyon manat mükafat ayırıb.
Məbləğ az və ya çox ola bilər. Litva ilə yoxlama matçındakı bərabərliyə görə futbolçulara mükafat paylayan AFFA indi də kisənin ağzını açacaq. Həm də bu nəticə idarəçiləri haqlı tənqidlərdən qismən qoruyacaq. Ona görə də belə yerdə pulun məbləği AFFA rəhbərliyi üçün önəmli deyil, əsas olan tənqidlərdən, ictimai təzyiqdən müvəqqəti xilas olmalarıdı.
Futbolçular da durumun fərqindədi. Millinin ardıcıl məğlubiyyətləri zamanı ağzına su alıb dayanan, hətta üzr istəməyi özünə sığışdırmayan oyunçular matç bitən dəqiqədən pul davasına başlayıb. Maksim Medvedev, Cavid Hüseynov kimi təcrübəlilərin mükafat gözlədiklərini açıqlaması utancverici mənzərədi. Emil Balayev, Bəhlul Mustafazadə, Ramil Şeydayev oyunuyla gündəmə gəldiyi bir vaxtda veteranlar onlara məhz belə nümunə olur.