Təyyarə avtomobil yoluna düşdü - VİDEO
21-10-2018 10:27
Baxış sayı:
2941

Sosial şəbəkələrdə təyyarənin avtomobil yoluna çıxmasını əks etdirən götüntülər yayılıb. Hadisə ABŞ-ın Lonq-Aylend adasında baş verib.
"RİA Novosti" xəbər verir ki, kiçikmühərrikli təyyarənin avtomagistrala enməsi nəticəsində xəsarət alan olmayıb, ancaq təyyarəyə zərər dəyib. Təyyarə Nyu-York ştatının kiçik hava limanından qalxıb və Lon-Aylend adasındakı hava limanında eniş etməli idi. Lakin eniş zamanı pilot təyyarəni vaxtında saxlaya bilməyib və təyyarə hava limanından kənara çıxıb.
İnsidentlə bağlı araşdırma aparılır.