​Türkiyə və Rusiyanın XİN başçıları görüşdü

Baxış sayı:
4672

Suriya sammiti Rusiya, Almaniya və Fransanın iştirakı ilə bu gün İstanbulda keçiriləcək.
Türk mətbuatı xəbər verir ki, sammitdən öncə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrov ilə bir araya gəlib.
Qeyd edək ki, Vahdettin Köşkündə keçiriləcək sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron iştirak edəcək.
Sammitdə əsasən İdlib və Suriyada siyasi həll məsələsi müzakirə olunacaq.