Türkiyə Kubokunun final matçının keçiriləcəyi vaxt məlum oldu
9-07-2020 07:32
Baxış sayı:
9728

Türkiyə Futbol Federasiyası futbol üzrə "Ziraat Türkiyə Kuboku"nun final oyunun keçiriləcəyi tarixi və stadionu açıqlayıb.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, "Ziraat Türkiyə Kuboku" iyulun 29-u İstanbulda keçiriləcək.
Bildirilir ki, "Trabzonspor" və "Alanyasport" arasında baş tutacaq final oyunu "Atatürk" Olimpiya Stadionunda oynanılacaq. Oyun yerli vaxtla saat 21:30-da başlayacaq.
Xatırladaq ki, mayın 5-i keçirilməli olan "Ziraat Türkiyə Kuboku"nun final oyunu yeni növ koronavirus səbəbilə təxirə salınmışdı.