Trampın vəkili Ermənistana gedir
19-10-2018 14:59
Baxış sayı:
5527

ABŞ prezidenti Donald Trampın müşaviri, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani Ermənistana səfərə gedəcək. Virtualaz.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində politoloq Suren Sarkisyan yazıb.
Politoloq onu da qeyd edib ki, Rudolf Culiani Trampın tərəfdaşı, dostu və müşaviri olmaqla yanaşı, həm də şəxsi vəkilidir.
“Yeri gəlmişkən, bu yaxınlarda Culiani Corc Sorosu “antixrist” adlandırıb. Buna görə də, təkrar edirəm ki, Soros və ABŞ bir-biri ilə qətiyyən bağlı deyillər”, - Sarkisyan əlavə edib.