​Tiflis sakini Çar Davidə səs verdi: Ölüsü sizdən yaxşıdır!

Baxış sayı:
949

Gürcüstanda baş tutan prezident seçkilərində seçicilərdən biri səsvermə zamanı bülletendəki bütün namizədlərin üzərindən xətt çəkib və gürcülərin tarixi lideri çar IV Davidə səs verdiyini qeyd edib.
Muxalifet.az xəbər verir ki, Tiflis sakini bülletenə, “Çar David... Ölüsü belə sizdən daha yaxşıdır”, - deyə yazıb.
Qurucu David kimi tanınan gürcü çarı 1121-ci ildə səlcuqlara qarşı qazandığı zəfərlə adını tarixə yazdırmağı bacarmışdı.