Tanınmış vəkil Elton Quliyev vəfat etdi

Tanınmış vəkil Elton Quliyev vəfat edib.
Bu barədə Lent.az-a vəkilin ailəsindən bildirilib.
Vəkil uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirmiş...
Qeyd edək ki, 1956-cı il təvəllüdlü E.Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, istintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.
1991-ci ildə öz istəyi ilə daxili işlər orqanlarından çıxıb. 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub.