Səudiyyə Kralı Ərdoğana zəng etdi
15-10-2018 09:33
Baxış sayı:
4543

Səudiyyə Ərəbistanının kralı Salman Türkiyə prezidenti Ərdoğana zəng edib. Kral Salman, Türkiyənin ortaq istintaq qrupu qurulmasına razılıq verdiyi üçün prezident Ərdoğana təşəkkür edib.
Prezident sarayındakı qaynaqlardan əldə edilən məlumata görə, Camal Qaşıqçı hadisəsinin aydınlaşdırılması mövzusu müzakirə edilib. Prezident Ərdoğan və Kral Salman, hadisənin araşdırılması çərçivəsində ortaq bir işçi qrupunun qurulmasının əhəmiyyətini vurğulayıb.
Telefon danışığında Kral Salman, "Türkiyə ilə güclü əlaqəmizə kimsə zərər verə bilməz" deyə bildirib.
Müxalifət.az