Şri-Lanka itkin düşən 20 min insanın öldüyünü açıqladı

Baxış sayı:
1813

Şri-Lanka hökuməti ölkədə 26 il sürən vətəndaş müharibəsində itkin düşən təqribən 20 min insanın öldüyünü açıqladı.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Şri-Lankada silahlı terror təşkilatı olan “Liberation of Tamil Tigers Elm”in (LTTE) ölkə daxilində bir etnik grup olaraq özlərinə aid ölkə qurmağa çalışarkən 1983-cü ildə Şri-Lanka təhlükəsizlik gücləri ilə üz-üzə gəlməsi nəticəsində vətəndaş müharibəsi başlamışdı. 2009-cu ildə LTTE-nin bütün qüvvələri Şri-Lanka ordusuna təslim olduqdan sonra müharibə bitmişdi. Rəsmi məlumatlara görə, 26 il müddətində davam edən müharibədə yüz minlərlə insan qətl olunarkən, 20 min nəfər də itkin düşmüşdü. Şri-Lanka dövlət rəsmiləri itkin düşənlərlə bağlı məlumat verməmişdi.
Muxalifet.az