Sami Yusif “Sığmazam” qəzəlini ağlaşma, mən isə toy ab-havasında oxumuşam - Afət Fərmanqızı

Baxış sayı:
3019

“Bilirsiniz, Sami Yusif “Sığmazam” qəzəlini ağlaşma, mən isə toy ab-havasında oxumuşam. Toyla yası müqayisə etmək düzgün deyil”.
Muxalifet.az bildirir ki, bu sözləri Redaktor.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı bildirib. O qeyd edib ki, Sami Yusif “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyanı hazırlamaq üçün yüz minlərlə manat pul xərcləyib:
“Heç bir maliyyə vəsaiti olmadan, bir xanım öz gücünə milyonlarla insana Nəsiminin qəzəlini əzbərlədib. Nə fərqi var ki, hansı ritmdə?! Sami Yusifin oxuduğu 8 il öncə türkiyəli sənətçilərin oxuduğu ağır üslubdadır. “Youtube”da da var, istəyən tapıb, baxa bilər. Sadəcə türklərin sponsoru yox idi, reklam edə bilmədilər. Biri var ki, nəyisə sırıyasan, biri də var xalq sevib dinləyə”.
Afət Fərmanqızı əlavə edib ki, sosial şəbəkələrdə məsələyə münasibət bildirənlərin çoxu savadsız, musiqidən xəbəri olmayan insanlardır:
“O qədər savadsız insanlar yazır, məni həmin şərhlərə işarələyirlər ki… Axı hinduşka ilə “kruşka”nı səhv salmaq olmaz!”
Müğənni ünvanına səsləndirlən təhqirlərlə bağlı sərt ismarıc yollayıb:
“Hərə öz anasından, atasından aldığı tərbiyəni göstərir. Heç kimin ixtiyarı yoxdur ki, başqasını təhqir etsin. Kim ailəsində nəyi görübsə, onu da nümayiş etdirir. Dəfələrlə bu təhqirlərlə bağlı polisə müraciət etmişik. Hüquq-mühafizə orqanları həmin adamları tapıblar. Manitor araxasında söyənlər, ayağımıza düşüb yalvarırlar ki, bağışlayaq. Əlimizdə görüntülər də var, sadəcə yaymaq olmaz, cinayətdir.”
Qeyd edək ki, Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası böyük müzakirələrə səbəb olub.    /Redaktor.az/