ŞAD XƏBƏR: Bakı-Naxçıvan dəmir yolu xətti çəkilə bilər
22-10-2018 14:26
Baxış sayı:
4534

Bakı-Naxçıvana dəmir yolunun tikintisi məsələsinə baxılır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan hazırda bu məsələ üzərində işləyir.
C.Qurbanov deyib: "Dəmir yolunun tikintisi üzrə işlər yeni baxış tələb edir. Hökumət bu məsələyə baxır".
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri əlavə edib ki, hökumət bu yolun tikintisi üçün bütün səyləri göstərir.(Trend)