Saakaşvilidən dəyənək kimi istifadə edirlər - Nino Burcanadze

Baxış sayı:
6586

Gürcüstanda siyasi böhran hökm sürür.
Muxalifet.az xəbər verir ki, bunu “Sputnik Gürcüstan”a açıqlamasında Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.
“Hökumət bizə gördüklərimizin əslində böhran olmadığını deyir. Lakin bir neçə ay əvvəl hökumət istefaya getdi, bu isə ölkədə çox ciddi böhranın olduğunu göstərir.
Xalqın hökumətə inamı itib. Hökumət və Gürcü Arzusu Partiyası fəlakət vəziyyətindədir. Onlar bunu anlayırlar və indi hər şeyi edirlər ki, situasiyadan çıxa bilsinlər.
Gürcüstan təcili növbədənkənar parlament seçkisi keçirilməlidir. Gürcü Arzusu deyir ki, mən pis hakimiyyətəm, amma məni seçməsəniz Saakaşvili qayıdacaq. Məhz buna görə onlar zamanında Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını parlamentdə saxladılar ki, daima bunu digərlərinə qorxu vasitəsi kimi göstərsinlər. Buna son qoyulmalıdır. Bidzina İvanişvili 2016-cı ildə partiyalar üçün rəqəmləri özü müəyyən etdi və kimi parlamentdə görmək istəyirdisə, onu seçdi. Buna görə də növbədənkənar seçki olmalıdır. Bu, ölkəni xilas etməyin yeganə yoludur”, – deyə o bildirib.