S-400 böhranında Türkiyə ABŞ-a geri addım atdıra bilər

Baxış sayı:
8344

Amerikan xarici siyasət jurnalı “Foreign Policy” jurnalı S-400 böhranında ABŞ prezidenti Donald Trampın davranışının hələ dəqiq müəyyənləşmədiyini yazıb.
 
Xəbərdə, bir neçə ABŞ rəsmisinin fikirlərinə yer verilərkən, adı açıqlanmayan bir Amerikan Xarici İşlər sözçüsü jurnala, Vaşinqtonun mövqeyinin dəqiq olduğunu, Türkiyənin S-400 aldığı təqdirdə F-35 proqramı ilə əlaqəsinin ləğv olunacağını söyləyib. Ancaq yenə adı verilməyən bir başqa səlahiyyətli Türkiyənin İncirlik bazası ilə təhdidini masaya sürdüyü təqdirdə bu vəziyyətin dəyişə biləcəyini deyib.
“Foreign Policy”-in xəbərində, "Amerikan rəhbərliyindən bir səlahiyyətli Türkiyənin Orta Şərqdə döyüşən ABŞ gücləri üçün əsas bir hava bazası olan və eyni zamanda onlarla Amerikan nüvə silahına ev sahibliyi edən İncirlik bazasından istifadəsinə qadağa qoyduğu təqdirdə, bu vəziyyətin dəyişə biləcəyini söylədi" deyə qeyd edilib.
Eyni səlahiyyətlinin "Ərdoğan Trampı hər şeyə razı sala biləcəyini sanır. Milli təhlükəsizlik qurumlarının qalanı isə bütünlüklə sanksiyalar üçün təzyiq edəcək" sözləri diqqət çəkib.
Müxalifət.az